Bu gün Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının 5 illik yubileyi münasibət ilə qurumun əməkdaşları, ölkə diplomatları və digər qonaqlar bir araya gələrək elm ocağının inkişaf yoluna nəzər salıblar.
SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev bildirib ki, rəhbərlik etdiyi qurum son 5 ildə reallaşdırdığı təhsil proqramları ilə gənc diplomatların, dövlət qulluqçuların və ümumiyyətlə professional mütəxəssislərin yetişdirilməsində mühüm işlər görüb. Bu günə kimi Akademiyanın həyata keçirdiyi Xarici Siyasət, Doktorantlara Dəstək, Magistratura proqramları, Yay Məktəbləri, İngilis dilinin təkmilləşməsi və digər proqramlarından yüzlərlə gənc mütəxəssis faydalanıb. Rektor qeyd edib ki, ADA-nın məqsədi regional elm və təhsil ocağına çevrilməkdir, və bunun üçün tədris proqramlarının sayı, burada təhsil alan yerli və xarici tələbələrin sayı artmaqdadır. Azərbaycan Diplomatik Akademiyası bu il bakalavr proqramına da start verib. Mərasimə dəvət buyurmuş qonaqlara ADA haqqında sənədli film də nümayiş olunub.
Rektor Paşayev yubiley ərəfəsində Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılovun dünyasını dəyişməsi səbəbindən tədbirin bir hissəsini mərhum diplomata həsr etmək qərarına gəldiklərini də vurğulayıb. Rektor bu təşəbbüsün tələbələr tərəfindən irəli sürüldüyünü deyib. Xarici İşlər nazirinin müavini Hafiz Paşayev Fuad İsmayılovun çox təcrübəli diplomat, vətənpərvər insan və gözəl ailə başçısı olduğunu qeyd edib, və tədbirə dəvət buyurmuş səfirin ailə üzvlərinə baş sağlığı verib.
Daha sonra çıxış edən natiqlər, xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Səməd Seyidov, sabiq dövlət müşaviri Vəfa Quluzadə Fuad İsmayılovun vəfatını ölkə diplomatiyası üçün böyük zərbə adlandırıblar. Natiqlər mərhum diplomatın Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Avstriya paytaxtında maraqlarının təmsil olunması istiqamətində gördüyü faydalı işlərdən danışıblar.
Tədbirdə həmçinin ADA-nın tələbələri tərəfindən səfir Fuad İsmayılova həsr olunan qısa filmə baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB