Salyanda 5 Mart Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

Salyanda 5 Mart Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

İcra Hakimiyyətində təşkil olunan tədbirdə rayon rəhbərliyi, veteran və gənc idmançılar iştirak edirdilər. SİA-nın Aran bürosunun xəbərinə görə, Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov idman ictimaiyyətinin qarşısında nitq söyləyərək ölkədə bu sahəyə dövlətimiz, xüsusilə Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan geniş bəhs edib.

Rayon rəhbəri Salyan rayonunda idman sahəsində möhkəm bazanın olmasına diqqət çəkərək idmançıların uğurlar əldə etməsi üçün lazım olan köməkliyin göstəriləcəyini xüsusi vurğulayıb.

İcra başçısı Salyanda narkomaniyanın geniş yayılmasından narahat olduğunu bildirərək xüsusi tədbirlər planının hazırlanaraq bu bəlaya qarşı mübarizədə bütün ictimaiyyəti səfərbər edəcəyini qeyd edib.

Qocaman veteran idmançılarla yanaşı, məşqçi müəllim və tələbələr də çıxış edərək Salyanda inşa edilib onların ixtiyarına verilən Olimpiya İdman Kompleksinə görə ölkə prezidentinə minətdarlıqlarını bildirdilər.

Daha sonra idman yarışlarında yüksək yerlər tutmuş bir qrup gənc Fəxri Fərman və hədiyyələrlə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə