Qarabağ əlili və şəhid ailələrinə mənzillərin verilməsilə bağlı iclas keçirilib

Qarabağ əlili və şəhid ailələrinə mənzillərin verilməsilə bağlı iclas keçirilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirliyin sifarişi ilə inşa olunan yaşayış binalarındakı mənzillərin Qarabağ əlili və şəhid ailələrinə paylanmasının təmin edilməsi məqsədilə yaradılan Komissiyanın növbəti iclası keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan SİA-ya verilən məlumata görə, ümumilikdə, komissiyanın iclasında 118 nəfər Qarabağ müharibəsi, Çernobıl əlili və şəhid ailəsinin mənzil məsələsinə baxılıb və mənzil bölgüsü aparılıb.

Qeyd edək ki, nazirlikdə yaradılmış müvafiq komissiyanın tərkibinə nazirliyin məsul işçiləri, rayon (şəhər) icra hakimiyyətlərinin başçılarının müavinləri, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin, "20 yanvar"Cəmiyyətinin, Çernobıl Əlilləri İttifaqının sədrləri, nümayəndələri daxil edilirlər.

Şəffaflığın daha da artırılması məqsədilə komissiyanın tərkibi bir qədər də genişləndirilib. Belə ki, artıq komissiyanın iclaslarında Ombudsman Aparatının nümayəndəsi, QHT Milli Şurasının hüquqşünası və Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının sədri də iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə