Rusiyanın Ermənistandakı aviabazası alovlanıb

Rusiyanın Ermənistandakı aviabazası alovlanıb

İrəvandakı Rusiya aviabazasının anqarının damı yanıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən informasiya yayıb.

İnformasiyaya görə bu gün saat 14: 33-də Erebuni hava limanında anqarın damının yanması barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğınsöndürmə və xilasetmə xidməti həmin yerə yollanıb.

Qeyd edək ki, Cənub Hərbi Dairəsinin Rusiya aviabazası Erebuni hava limanında yerləşir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə