ABŞ-ın Ermənistana yardımlarının artırılması məsələsi yenə də səfalət içərisində olan Ermənistan üçün lap göydəndüşmə olub . SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, 2019-cu ildə ABŞ hökuməti Ermənistana 60 milyon dollar məbləğində maliyyə yardımı göstərib ki, bu da ötən illə müqayisədə 40% çoxdur.
Ermənistana məxsus mətbuat səhifəsində qeyd olunur ki, ABŞ səfirliyindən verilən məlumata görə, maliyyəyə insan hüquqları, ədalət, vətəndaş cəmiyyəti sahələrində korrupsiyaya qarşı mübarizə, demokratiyanın, təhlükəsizlik, enerji, təhsilin inkişafı proqramları daxildir. Göründüyü kimi, Ermənistanın hər nə adla olur-olsun birləşmiş ştatlardan pul qoparmaq, daha doğrusu dilənərək almaq niyyəti, iştahası bir az da artıb. Bunu başa düşmək çətin deyil, çünki, ölkənin vəziyyəti günü-gündən pisləşir və istehsaldan, tədavüldən, ümumiliyyətlə mənfəətdən məhrum olan bir ölkənin ehtiyacları da durmadan artır.
1992-ci ildən bəri ABŞ Ermənistana əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və demokratik, iqtisadi və sosial idarəetmənin gücləndirilməsi işinə töhfə vermək üçün 2 milyard dollardan çox məbləğində maliyyə yardımı edib. Bu yardımları ştatlar hələ də davam etdirir və Ermənistan hökuməti, daha dəqiq desək Paşinyan hakimiyyəti bu yardımın daha çox olması üçün bəllidir ki, bu il daha çox dilənib. Çünki, özlərinin dediyi kimi bu yardım bu il daha artıq olub və deməli, səfalət içində olan bu dövlət və onun baş naziri amerikalılardan bu il daha çox dilənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB