Dağıdıcı müxalifət partiyalarının zaman-zaman seçkiləri "boykot" edib, bu vasitə ilə xarici ağaları qarşısında xal toplama manipulyasiyaları bütün vaxtlarda nəticəsiz qalıb. Sözügedən "taktikadan" istifadə edən "liderlər" siyasi uğursuzluqları ilə həm bir-birlərinin, həm də elektoratlarının inamsızlıqlarını qazanıblar. Belə ki, istənilən seçkilərdə xalqın iradəsi ilə qələbə qazanan iqtidar komandasıyla siyasi rəqabətə girməkdən çəkinən müxalifət təmsilçiləri, hər dəfə özlərini sudan quru çıxarmaq üçün, guya seçkilərin qeyri-şəffaf, ya da ədalətsiz keçirildiyini iddia ediblər. Buna baxmayaraq, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar ıə müşahidələr aparan ayrı-ayrı müşahidəçi qrupları seçkilərin nəticələrini tanıyıb, legitim hesab ediblər.
"Seçkilərə qatılın!" təlimatı"
Son günlər AXCP sədri Ə.Kərimlinin, nəyin bahasına olursa-olsun, qanunsuz mitinq keçirmək iddiasının arxasında, məhz Qərbin göstərişləri dayandığı aydın şəkildə görünməkdədir. Məsələ budur ki, seçkiərəfəsi cari ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı Ə.Kərimlinin Qərbdəki ağalarından aldığı "ölkədə siyasi sabitlik pozulmalıdır" tapşırığının dayandığı aydın şəkildə görünməkdədir. Bir sıra siyasi ekspertlər də, məhz bu cür qənaətə gəlirlər ki, Qərb dairələri tərəfindən onlara seçkilərdə iştirakın vacib olması istiqamətində əmr verilib. Necə deyərlər, "ağa deyirsə sür dərəyə, sür dərəyə!"
Əli Kərimli 25 ildir ki, demaqogiya "siyasətində"
Qərbin idarəolunun nökəri Ə.Kərimlinin təşkil etdiyi qanunsuz mitinq zamanı saxlanılma hallarını "repressiya" kimi qiymətləndirən AXCP sədrinin sözlərin görə, guya bu, "repressiya" imiş. Bununla da, Ə.Kərimli bir daha iyrənc sifətini nümayiş etdirir. Bunun ardınca isə, "rəhbərlik etdiyim partiyanın üzvlərindən kimsə cinayət məsuliyyəttinə cəlb olunanda, bununla fəxr edirəm" deməklə, "qaş düzəltdiyi yerdə, vurub göz də çıxarırmış". Bununla da, Ə.Kərimlinin əsl demaqogiya, satqınçılıq, riyakarlığının sübuta yetirmiş olur. Bir də Ə.Kərimli, bilməlisən ki, qanun qarşısında hamı eynidir.
Bu gün etdiyi cinayətləri ört-basdır edən Ə.Kərimli bilməlidir ki, xalqın və dövlətin qarşısında onu qorxusu böyükdür. Haqqüzünə, bəzi məqamları xatırlatmaq istərdik. Yadındarısa, sən dövlət katibi olduğu dönəmdə, daxili işlər naziri İsgəndər Həmidov "İstiqlal" qəzetinin baş redaktoru Zərdüşt Əlizadəni kabinetində döyüb, külqabını başına çırpmış, daha sonra qəzetinin bir nüsxəsini ona yedirtmişdi. Əbülfəz Elçibəy nə qədər təkid etsə də, İsgəndər Həmidov jurnalistdən üzr istəmədi. Nazirə gücü çatmayan Əbülfəz Elçibəy əlacsız qalıb, Z.Əlizadədən özü üzr istədi.
Və belə hadisələr bir deyil, iki deyil. Bu gün Ə.Kərimli, nəyə əsaslanıb "ədalətdən, qanundan "danışırsan? Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlətdir. Siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Əlbəttə ki, Azərbaycan dövlətinin rəhbərliyi tərəfindən həyata keçirilən strateji kurs özündə millətin və dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir.
Ona görə də, erməni xislətli satqın, əxlaqsız Ə.Kərimli, bir faktı yüz müstəviyə inikas etdirib siyasiləşdirmək, məntiq eybəcərliyini ədalət axtarışı kimi qələmə verməklə özünün vicdansız, cinayətkar və satqın olduğunu sübuta yetirirsən. Və bu kimi sosial şəbəkələrdə avantürist çıxışlarınla "aydan arı-sudan duru" olduğunu göstərməyə çalışma! Etdiyin xainlik heç vavxt unudulmayıb. Yaxın zamanlarda etdiyin cinayətlərin qanun və xalq qarşısında cəzasını çəkəcəksən!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB