Paşinyan tənqidçilərini susdurur

Paşinyan tənqidçilərini susdurur

Arsen Babayanı təcrid etməklə Ermənistan hakimiyyəti əslində tənqidçisini susdurub. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu "Qanuni yol" ictimai təşkilatının sədri Ruben Melikyan öz Facebook səhifəsində yazıb.

Məlumatda qeyd olunur ki, ictimai təşkilatının sədri bu təcridetməni qınayır və Arsen Babyanı siyasi məhbus hesab edir.

"Qısa şəkildə desək, Arsen Babayan "siyasi məhbus" sayılır və açıq şəkildə ona qanunsuz olaraq azadlıqdan məhrumetmə tətbiq edilib”, deyə təşkilat sədri bildirib.

Ruben Melikyan Arsen Babayanın azadlıqdan məhrum edilməsini nə səbəbə qanunsuz hesab etdiyini də dəfələrlə açılandığı üçün açıqlamaq istəməyib.

“Artıq iki həftədir ki, Arsen Babayan qanunsuz olaraq azadlıqdan məhrumdur. Onun azadlıqdan məhrum edilməsinin niyə "qanunsuz" olması barədə çox danışılıb. Bir daha əsaslandırmaları təkrarlamayacam", deyə "Qanuni yol" ictimai təşkilatının sədri fikrini əsaslandırıb.

Ruben Melikyan çəkinmədən Arsen Babayanın Paşinyan hakimiyyəti tərəfindən susdurulduğunu təsdiqləyir və onun şəxsi Facebook səhifəsində də bu öz təsdiqini tapır. Bir sözlə, Paşinyan tənqidçilərini bir-birinin ardınca susdurur və nəinki Ermənistan ictimaiyyəti, hətta hər kəs bunu çox yaxşı başa düşür.

Xatırladaq ki, oktyabrın 22-də Xüsusi İstintaq Xidməti Arsen Babayanın tutulması barədə qərar qəbul edib. Məhkəmə Arsen Babayanın həbsini qanunsuz hesab etsə də onun tutulması üçün Xüsusi İstintaq Xidmətinin tələbi təmin edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə