Xilasetmə Xidmətinin rəisi işdə nöqsanlara yol verməsi səbəbindən işdən azad edilib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin rəhbəri Feliks Solakyan bu gün Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin rəhbərinin işdən çıxarılması ilə bağlı parlamentdə jurnalistlərə verdiyi müsahibəsində bildirib.
Məlumata görə, Feliks Solakyan azad edilən Xilasetmə Xidmətinin rəhbərinin azad edilmə səbəbini də açıqlayıb. “Xilasetmə Xidmətinin rəhbəri işdə nöqsanlara yol verib. Onun işdən azad edilməsinin bir neçə səbəbi var. Ən əsası isə odur ki, o yay yanğınları zamanı tamamilə laqeydlik göstərib", deyə F.Solakyan izahat verib.
Fövqəladə Hallar Nazirliyinin rəhbəri bu əsas səbəb adlandırdığı əsasın yeganə olmadığını və ambisiyaların mövcudluğunu da gizlətməyib.
“Bu əsas səbəblərdən biridir. Hadisə zamanı o yox idi. Ermənistandan kənarda olub. Amma bu yeganə səbəb deyil. Bundan əlavə, daha bir çox məsələlər var. Ancaq bütün bu məsələləri təfərrüatları ilə açıqlaya bilmirəm. Nə səbəbə isə arada hansısa söhbətlər gedirdi və ambisiyalar da var idi", deyən Fövqəladə Hallar Nazirliyinin rəhbəri onun ambisiyalar səbəbindən uzaqlaşdırılmasını da dolayısı ilə etiraf edib.
Xatırladaq ki, baş nazir Nikol Paşinyanın qərarı ilə Artak Naqapetyan oktyabrın 22-də Ermənistan Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin rəhbəri vəzifəsindən azad edilib və rəis müavini, general-leytenant Vrej Qabrielyan rəis vəzifəsinə təyin edildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB