Paşinyanın növbəti sayıqlamaları

Paşinyanın növbəti sayıqlamaları

Ermənistanın baş naziri Nikol Paşinyan indi də Dağlıq Qarabağ məsələsinin nizamlanması üçün referendum keçirilməsinin daha münasib olduğunu ortaya atır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu erməni baş nazir öz Facebook səhifəsində canlı efir olduğu zaman bəyan edib.

O, canlı efirdən istifadə edərək deyib ki, Qarabağla bağlı danışıqlar prosesində erməni xalqı üçün məqbul bir həll tapıldıqda, ümummilli müzakirələr aparılacaq. Həmçinin qərarların ümumrespublika formatında qəbul edilməli olduğunu deyən Paşinyan, növbəti sayıqlamalarla, lazım gəldikdə referendum keçirilə biləcəyini deməklə, sadəcə, gündəmdə qalmaq niyyətini ifşa edib.
Paşinyan danışıqlar prosesində dinamika olduğunu deməklə, bir nöz yenə də daxili auditoriyaya hədəflənib.
“Ümid edirəm ki, dinamika inkişaf edəcəkdir. Ermənistan-Azərbaycan münasibətlərindəki vəziyyətin daima təhlükə və təhdidləri ehtiva etdiyini başa düşürük. Ancaq bu gün bu təhdidlər üç, dörd və ya beş il əvvəl olduğu kimi deyil. Son bir il yarım ərzində sərhəddə gərginlik azalıb. Təəssüf ki, gərginlik də var, zərərçəkənlər də var”, deyə erməni baş nazir növbəti populizmə əl atıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə