Həsənliyə və Osmanqızına verilən cavabın qurşaqaltı təsiri ANALİZ
Yaxud, qaragüruhçuların ABŞ sərgüzətləri necə və niyə iflasa uğradı?
“Milli Şura”nın ipli kuklası rolunda çıxış edən Cəmil Həsənlinin ABŞ sərgüzəştlərinə biri də əlavə olundu – türk diplomatı tərəfindən ona verilən cavabın qurşaqaltı təsiri! Əslində məsələnin mahiyyəti tanınmış jurnalist Mirşahin Ağayevin “Mir Şahin vaxtı” proqramında tamamilə açıqlanıb. Sadəcə, həmin məsələnin daha geniş spektrdə, yaxud kontekstdə işıqlandırmaq yerinə düşərdi.
Sübut olundu ki...
Misal üçün, məlum olub ki, oktyabrın 31-də ABŞ-da “Milli Mətbuat Klubu” adı altında keçirilən toplantı bilavasitə Azərbaycan dövlətinin maraqlarına qarşı təşkil edilib və bu toplantıda millilikdən əsər-əlamət belə olmayıb, yəni bilavasitə erməni lobbisinin dəstəyi burada da açıq-aydın hiss olunub. Belə olan halda, “Milli Şura”nın ipli kuklası rolunda çıxış edən C.Həsənlinin, o cümlədən, xarici kəşfiyyatçıların altlarına yıxılıb, üstlərinə çıxmağı sevən, hətta bunu özünə bir peşə kimi seçən Sevinc Osmanqızının da “ağıllı-ağıllı” oturub, nələrisə guya qeyd etməsi sübut etdi ki:
1. Hər iki şəxsin Azərbaycan dövlətinin ünvanına tənqiddən daha çox təhdidlər səsləndirmələri onların ciblərində xışıldayan erməni pullarının səsləridir.
2. C.Həsənli ona görə ABŞ-dan Azərbaycana gəlmədi ki, iplərindən biri əlində olduğu Əli Kərimli onsuz da keçirə bilməyəcəyi 2 noyabr mitinqini təxirə salsın və bu eyni zamanda, digər bəhanələrlə yanaşı, C.Həsənlinin ABŞ-da səfəri ilə əlaqələndirilsin.
3. Sonra da Ə.Kərimli C.Həsənlinin ABŞ-dan verdiyi “inanılmış mənbə xəbərinə” görə özünü “təmizə çıxarsın” ki, bəs - “Milli Şura”nın sədrinə mitinqi təxirə salmağı məsləhət görüblər. Guya ki, Azərbaycan hakimiyyəti qaragüruhçulara qarşı “təxribat” aparacaqmış, filan (?!-R.N.)
4. Ən nəhayəti isə, Ə.Kərimli Qənimət Zahidin erməni saatının əqrəblərinə qurulmuş “Azərbaycan saatı” adlı sərsəm verilişində sərsəm iddia irəli sürsün ki, bəs Qərb bunlara dəstək göstərir, mitinqin təxirə salınması da həmin dəstəyin bir tərəfidir (???!!!-R.N.)
Beləliklə! Sözügedən toplantıda ABŞ-da fəaliyyət göstərən Türkiyə səfirliyinin diplomatının birbaşa Azərbaycan dövlətinin mövqeyini qoruması, C.Həsənlinin, S.Osmanqızının sözün həqiqi mənasında ağızlarının üzərindən tutrarlı “şapalaq” vurması, yəni cavab verməsi bir daha erməni lobbisinin maraqlarının alt-üst olması anlamını da daşıya bilər.
Ulamaq, hürmək lazım idi – onlara və erməni lobbisinə...
Bilməyənlər üçün isə bir daha xatırladaq ki, verilən xəbərə görə, “Cəmil Həsənli “Azərbaycanın ən böyük problemi internet azadlığının olmamasıdır” deyəndə, Türkiyənin ABŞ-dakı səfirliyinin nümayəndəsi istehza ilə belə müdaxilə edib: “Amma bizdə olan məlumata və xalqın fikrinə görə, Azərbaycanın ən böyük problemi Qarabağdır”.
Cəmil Həsənli və Osmanqızının Azərbaycanı FETÖ ilə əməkdaşlıqda günahlandırımasına da türk diplomat sərt cavab verib. O, FETÖ ilə bağlı ittihamları rədd edərək, Azərbaycanın Türkiyənin yanında olduğunu, ən birinci dəstək göstərənlərdən biri olaraq müvafiq məktəbləri bağladığını qeyd edib və bu dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib.
Qeyd edək ki, bunu Mirşahin Ağayev aparıcısı olduğu proqramında xatırladıb.
Nəticədə türkiyəli diplomatın ittihamlarından daha bir fakt üzə çıxıb ki, demə C.Həsənli və yandaşı S.Osmanqızı oktyabrın 30-da separatçı Dağlıq Qarabağ rejiminin nümayəndəsinin Konqresin binalarının birində keçirdiyi tədbirə etiraz etmək üçün yığışmış Azərbaycan icmasına da qoşulmayıblar. Belə ki, Cəmil Həsənli və ətrafının ABŞ-da Azərbaycana qarşı tədbir təşkil etdiyi bir zamanda qondarma “dqr”in nümayəndə heyəti də Konqresdə və digər instansiyalarda görüşlər keçirirdi. Əlbəttə ki, bu da təsadüfi deyil. Məsələ ondadır ki, əgər C.Həsənli və ətrafı separatçı, işğalçı ermənilərin Konqresdəki tədbirlərinə qarşı çıxış edən vətənpərvər azərbaycanlılara qoşulsaydılar, erməni ağa-dayıları onlara bir qəpik də qrant verib, “Milli Mətbuat Klubu” adı altında, eləcə də anti-milli dərnək obrazında tədbir keçirmələrinə şərait yaratmazdılar. Bu baxımdan, onlara yalnız və yalnız Azərbaycan dövlətinin və xalqının əleyhinə olan tədbirlər keçirib, orada ağızlarına gələni ulamaq, hürmək lazım idi – onlara və erməni lobbisinə...
Fəqət, türk diplomatı (bir vətəndaş olaraq ona sonsuz minnətdarlığımı çatdırıram-R.N.) nə yaxşı ki, yerində və zamanında bu ünsürlərin cavablarını verdi. Yəqin ki, bundan sonra ABŞ-da bənzər tədbirlər keçirmək istəyərkən, C.Həsənli və ətrafı növbəti qurşaqaltı zərbələrə məruz qalmamaları üçün altdan dəmir qoruyucu da geyinməli olacaqlar ki, zərbə onlara daha öncəkilərdən az təsir eləsin. Ancaq elə zərbələr də olur ki, onlara qarşı heç bir qoruyucu vasitə dayana bilmir!
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB