Populist bəyanatlar, vətənə qayıtmanı gücləndirmək üçün düzgün siyasət seçimi deyil. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bunu tert.am-a verdiyi müsahibədə Livan-Ermənistan siyasətçisi Melik Qavaqavoryan deyib.
Məlumatda qeyd olunur ki, Qavaqavoryan Ermənistan hakimiyyətinin keçən il erkən parlament seçkiləri ərəfəsində verdiyi vədlərin diaspor icmalarını əhəmiyyətli dərəcədə məyus etdiyini söyləib.
“Səlahiyyətlilər, 2018-ci ildə erkən parlament seçkiləri öncəsi vətənə qaytarma mövzusunda çox danışdılar. Diasporla Ermənistan arasında münasibətlərin kəskinləşməsindən, bunun yaxşılaşdırılması prioritetlərindən danışdılar, amma bunun fonunda əslində diaspor nazirliyini də bağladılar. Nəticə etibarilə, repatriasiya məsələsinə gəldikdə başladılar popolist bəyanatlar verməyə və bu da doğru siyasət deyil. Diaspor, hökumət dəyişikliyinin ilkin dövründə müəyyən qədər ümidlənmişdi, amma bu gün həqiqətən ümidsiz və çox məyusdur", deyə Melik Qavaqavoryan narazılığını ifadə edərək, diaspor adından Ermənistan hakimiyyətini populizmdə qınayıb.
Siyasətçi Ermənistan hakimiyyətini kəskin şəkildə tənqid etməkdən də çəkinməyib.
"Ermənistan hakimiyyətinin yürütdüyü siyasət xarici sərmayə və iqtisadi inkişafa töhfə vermir və verə də bilməz. Çünki, Paşinyan hakimiyyətinin motivi və mahiyyəti yalnız həbslərlə xarakterizə edilib”, deyən M.Qavaqavoryan Ermənistan hakimiyyətini kəskin tənqid atəşinə tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB