"ABŞ-Türkiyə münasibətlərində müəyyən problemlər yaranacaq" - MÖVQE

"ABŞ-Türkiyə münasibətlərində müəyyən problemlər yaranacaq" - MÖVQE

ABŞ konqresinin Nümayəndələr Palatasının qondarma erməni soyqırımını rəsmi olaraq tanımasının birmənalı şəkildə siyasi motivləri üzdədir. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloq bildirib ki, fikir verirsinizsə, neçə illər ərzində ABŞ, xüsusən də Konqres bu qətnaməni qəbul etməyib. “Aydın məsələdir ki, onlar Türkiyə ilə münasibətləri korlamaq istəməyiblər və başa düşüblər ki, Türkiyə onların həm siyasi, həm də hərbi müttəfiqidir. Amma buradakı siyasi motivlər onunla əlaqədardır ki, Türkiyənin Suriyada öz maraqlarını müdafiə etməsi ABŞ Konqresini qane etməyib. Yəni terrorçulara qarşı mübarizə, öz sərhədlərini müdafiyə etmə kimi məsələlər onları qıcıqlandırıb. Digər tərəfdən onları qıcılandıran Türkiyənin Rusiya ilə yaxınlaşması, Rusiyadan S400 raketlərinin alınmasıdır. Bir sıra bu məqamların məcmusunda düşünürəm ki, birmənalı şəkildə Türkiyəyə qarşı belə bir qətnamənin qəbul olunmasına gətirib çıxarıb. Və onlar başa düşürlər ki, bu Trampı da qıcıqlandıran bir məqam olacaq. Çünki onlar Trampa qarşı da çıxış edirlər və hətta Konqresdə impiçment proseduru başlanıb. Bunun özü əlbəttə, Amerika-Türkiyə münasibətlərinə müəyyən problemlər yaradacaq. Çünki rəsmi Ankara bildirib ki, onların cavab addımları veriləcək və bütün bunları nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, bu siyasiləşmiş və bir sıra bu kimi məqamları nəzərə alan faktiki qətnamədir.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə