Ermənistan Milli Məclisinin keçmiş deputatı Samvel Farmanyanın bacısı Anahit Farmanyan axtarışa verilib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumat istinadən xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Ermənistan Cinayət Məcəlləsinin 178-ci maddəsinin 3-cü hissəsinin 1-ci bəndinə, külli miqdarda mənimsəmə və dələduzluq hərəkətlərinə əsasən xüsusi istintaq xidməti tərəfindən təqsirləndirilən şəxs qismində istintaqda iştirak etməsi tələb edilən Anahit Farmanyan ibtidai istintaq zamanı ibtidai istintaqda iştirak etməyib və hətta iştirak etməyəcəyi barədə də heç bir üzrlü səbəb barəsində məlumat verməyib. Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, deputatlar, Edmon Marukyan və Naira Zohrabyan onun harada olduğu barədə heç bir məlumatlarının olmadığını və onun Xüsusi İstintaq Xidmətində iştirakını təmin etmək iqtidarında olmadıqlarını bildiriblər.
İstintaq davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB