“Müxalifət həm keyfiyyət, həm də kəmiyyət baxımdan geriləyib” RƏY-ÖZƏL
"1993-cü ildən müxalifət düşərgəsində bu tip tendensiyalar mövcud idi". Bunu SİA-ya açıqlamasında QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
Onun sözlərinə görə, eyni tendensiya illərdir davam edir: "Etiraf edək ki, o vaxt Əbülfəz Elçibəy faktoru müəyyən mənada bu fikirlərin irəli getməsində müəyyən rol oynayırdı. Amma son anda müsavatdakı və xalq cəbhəsindəki qüvvələr şəxsi mövqelərindən çıxış edərək bu birliyə öz “tövhə”lərini verirdilər. Sonrakı zaman kəsiyində isə bu tip çağırsalar formal xarakter daşıyıb. Birlik modelinin yaranması qeyri real bir məsələdir. Qeyri real məsələni real hesab etsək də heç bir şey dəyişmir. Çünki ayrı-ayrılıqda bu partiyaların qüvvələrinin də çox kiçikdir. Arif Hacılının isə partiya daxilində olan nüfuzu (bu nüfuz özü də çox məhduddu) da birbaşa İsa Qənbər ilə bağlıdır. Ölkədə mühüm islahatlar aparılır. Sadəcə bəzi qüvvələr özlərini də islahatlara “calaq” etmək fikrinə düşürlər. Paralel müqayisə aparsaq görərik ki, müxalifətin vəziyyəti bütün hallarda ürəkaçan deyil. Hakimiyyətin ötən illərdə aparılan islahatları və həyata keçirilən fəaliyyətləri göz qabağındadır, dəyişiklik və inkişaf bütün məqamlarda hiss olunur. Müxalifət isə həm keyfiyyət, həm də kəmiyyət baxımdan nəinki inkişaf edib, əksinə geriləyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB