Dövlət Sərhəd Xidməti tərəfindən qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa və digər bu kimi cinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilmiş və fevral ayı ərzində dövlət sərhədini pozduqları üçün 33 halda 55 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə, tutulan sərhəd pozucularının 38 nəfəri Azərbaycan Respublikası, 2 nəfəri Gürcüstan, 1 nəfəri İran İslam Respublikası, 1 nəfəri Polşa vətəndaşıdır. Sərhəd pozucularının 13 nəfəri qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri nəticəsində saxlanılıb. Qeyri-leqal miqrasiya etmək məqsədi ilə qanun pozanların 11 nəfəri Banqladeş, 2 nəfəri Moldova vətəndaşlarıdır. Axtarışda olan 70 nəfər saxlanılaraq hüquq - mühafizə orqanlarına təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ay ərzində 11 halda 5 kiloqram 558,2 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 57 halda ümumi dəyəri təqribən 274 min 706 manat olan qaçaqmal, o cümlədən 1 ədəd tapança, 1 ədəd səs tapançası, 2 ədəd tüfəng, 2152 ədəd müxtəlif ölçülü patron, 3 ədəd tir tapançası, 13 ədəd tir tüfəngi, 2 ədəd avtomat darağı, 1 ədəd xəncər, 78378 ABŞ dolları, 11 ədəd zinət əşyası, 1 13 ədəd mobil telefon, 263 ədəd mobil telefon aksesuarları, 1 ədəd qayıq, 46700 metr tor, 30 baş iribuynuzlu heyvan, müxtəlif adda dərman preparatları, siqaretlər, spirtli içkilər, digər sənaye və ərzaq malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB