"Uydurma “erməni soyqırımı”nın qəbulu ABŞ-ın demokratik ənənələrinə uyğun gəlmir” ŞƏRH-ÖZƏL

"Uydurma “erməni soyqırımı”nın qəbulu ABŞ-ın demokratik ənənələrinə uyğun gəlmir” ŞƏRH-ÖZƏL

“ABŞ Nümayəndələr Palatasının uydurma “erməni soyqırımı” qətnaməsi çox subyektiv şəkildə böyük bir millətin subyektinə, hissiyatına təsir etmək, ən əsası isə Türkiyəyə təzyiq göstərmək kampaniyasının tərkib hissəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, hər kəs tarixdə belə bir soyqırımının olmadığını yaxşı bilir: “O dövrdə köç siyasəti keçirilib. Belə ki, öz ölkəsinin maraqlarına xəyanət edən insanlar bir ərazidən başqa yerə köçürülüb”.

Türkiyənin ötən gün əhalinin siyahıya alınması prosesinə start verdiyini deyən politoloq söyləyib ki, həmin dövrdə qondarma soyqırımının həyata keçirdiyi ərazilərdə yaşayan ermənilərin sayı cəmi 300 min nəfər olub: “300 min erməni olan ərazidə 1 milyondan çox ermənini necə qırmaq olar? Yaxudda ki, 300 min nəfər milyon yarım adama neçə çevrilə bilər? Həmin adamların böyük qismi qatarlarla indiki Marvin, Diyarbəkir, bəziləri Osmanlının tabeliyində olan Suriya, İraq və digər ərazilərə köçürülüblər. Osmanlı əsgərinin gülləsi ilə bir dənə də olsun erməni öldürülməyib”.

Q.Hüseynli qeyd edib ki, ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qətnamə Türkiyənin nüfuzunu aşağı salmaq məqsədi güdən hərəkətdir: “Tarixdən zərrə qədər anlayışı olmayan konresmenlər, Nümayəndələr Palatasının üzvləri bu cür özbaşınalığa, tarixi saxtalaşdırmağa gedirsə, bu, siyasi qərəzlikdir. Donald Tramp ölkəsində başqa xalqların hissiyyatına toxunacaq hərəkətlərə verməməlidir. Çünki, bütün dünyada sübut olunub ki, erməni soyqırımı adlanan hadisə baş verməyib. Bunu qəbul edən bəzi xristian ölkələr, meydanı qızışdıran isə Fransadır. Ümumilkdə isə, ABŞ-ın belə addım atması ölkənin demokratik, dövlət quruluşu ənənələrinə qətiyyən uyğun gəlmir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə