Bu gün Dağlıq Qarabağın azərbaycanlı icması İctimai Birliyində (İB) www.karabakh.az internet saytının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, İB-nin sədri Bayram Səfərov və digər ictimai-siyasi xadimlər iştirak edib.
Mərasimdə çıxış edən Prezident Administrasiyasının rəsmisi Elnur Aslanov bildirib ki, erməni siyasətini yönəldən Ermənistan rəhbərliyi dezinformasiyadan çəkinmir. Bu saytın sadəcə olaraq azərbaycanlılar deyil, hamı üçün vəsait olacağını deyən E.Aslanov vurğulayıb ki, bizim məqsədimiz ilk növbədə Azərbaycan cəmiyyətinə və dünya ictimaiyyətinə həqiqətləri çatdırmaqdan ibarətdir. Onun sözlərinə görə, Ermənistan təcavüzkar siyasətini davam etdirir, ancaq Ermənistan hakimiyyəti bir müddət sonra işğal etdikləri Azərbaycan ərazilərindən geri çəkilərək, sülh sazişi imzalamağa məcbur olacaq. E.Aslanov qeyd edib ki, Azərbaycan informasiya müharibəsində Ermənistanı üstələyir və gələcəkdə də bu üstünlüyü saxlamaq üçün güclü layihələrin həyata keçiriləcək. Artıq Azərbaycanda erməni dilində media vasitələri fəaliyyət göstərdiyini deyən şöbə müdiri bildirib ki, Ermənistan bu məsələdə də Azərbaycandan geri qalır.
"Hər bir azərbaycanlı informasiya müharibəsində aktivlik nümayiş etdirməli və internetlə təmasda olan hər bir azərbaycanlı bu məsələyə diqqət yetirməlidirlər. Çünki Azərbaycan haqda maraqlanan xaricilər ölkəmiz haqqında məlumatı, əsasən, internetdən alırlar", - deyə o əlavə edib.
Daha sonra sayt haqqında məlumat verən Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin böyük məsləhətçisi Fərhad Məmmədov bildirilib ki, www.karabakh.az internet resursu iki bölmədən ibarətdir. Burada Dağlıq Qarabağ icmasının yaranma tarixi, missiyası, strukturu, fəaliyyət istiqamətləri müxtəlif yazılar, nəşrlər, foto və videolarla nümayiş olunur. Bundan əlavə, saytda Qarabağın tarixi, münaqişəyə gətirib çıxaran səbəblər, erməni terrorizmi, Xocalı soyqırımı, işğalın sosial-iqtisadi nəticələri, sülh quruculuğu prosesi haqqında məlumatlar öz əksini tapıb.
Tədbirdə çıxış edən çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, İB-nin sədri Bayram Səfərov saytın əhəmiyyətindən danışıb.
Qeyd edək ki, internet resursun əsas məqsədi Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq və Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyəti haqqında məlumatları mütəmadi olaraq yaymaqdır. İnternet resursun həmçinin elektron kitabxanası da fəaliyyət göstərir. Sayt dörd dildə - Azərbaycan, rus, ingilis, erməni dillərində fəaliyyət göstərir və dünyanın ən kütləvi sosial şəbəkələrində xüsusi səhifələrlə təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB