Ermənistan hakimiyyəti Manvel Qriqoryanın Robert Koçaryana qarşı ifadə verəcəyinə ümidlərini itirmək istəmirlər. SİA xəbər verir ki, bu barədə "İrates" qəzeti yazır.
Qəzet yazır ki, hakimiyyət əslində ciddi xəstə olan Manvel Qriqoryanın Robert Köçəryana qarşı ifadə verəcəyinə, ittihamlar səsləndirəcəyinə hələ də ümidini itirmir.
Bəzi məlumatlara görə, general Manveldə oktyabrın 27-də baş verən terrorla bağlı Robert Köçəryanla Nairi Unanyan arasındakı görüşün danışıqlarının lent yazısı var. Bir çoxlarının təsdiq etdiyi kimi məhz bu səbəbdən də xəstə olan, hətta xəstəxanada yerləşdirilən general çıtin vəziyyətinə baxmayaraq nəzarət altında saxlanılır.
General özü də bu barədə Ermənistan hakimiyyətinə istehzalı bir şəkildə ünvanlanıb və bildirib ki, ona bu ölüm yatağında heç nə lazım deyil və onsuz da ölür.
“Xeyr, mən artıq ölürəm. Bu xəstəxanadaca öləcəm və buna da çox az qalıb. Belə olan halda, azadlıq mənim nəyimə lazımdır və azadlığa nə ehtiyacım var?”, deyə Manvel Qriqoryan bildirib.
Görünür, demokratiya pərdəsindən komuflyaj düzəltmək istəyən erməni baş nazir ölüm yatağında olan generalı da üzə durquzmağa çalışır. Bu isə ondan xəbər verir ki, Paşinyan hər nə yolla olur-olsun insan haqlarını, hüquq və azadlıqlarını tapdalayır, açıq şəkildə hörmətsizlik nümayiş etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB