Lerik şəhərində indiyə kimi 1344 yaşayış evi mavi yanacaqla təmin edilib. Rayon İcra Hakimiyyətindən SİA-nın cənub bürosuna verilən məlumata görə, şəhərdə fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinə, idarə, müəssisə və təşkilatlara, iaşə obyektlərinə qaz xətti çəkilib.
2008-ci ildə Ordahal kəndinə qaz xətti çəkilsə də, burada hələlik xətlər şəbəkəyə qoşulmayıb. Lakin bütün texniki işlər artıq başa çatdırılıb. Mənbəyi Lerikdən olmaqla rayonun Cəngəmiran, Lüləkəran, Perzəkücə, Blaband, Lüləkəran, həmçinin mənbəyi Lənkərandan götürülməklə Piran, Vizəzəmin, Siyov, Bürsülüm, Daster, Veri və Tikəband inzibati ərazilərində yerləşən yaşayış məntəqələrinin qazla təmin edilməsi üçün yeni orta təzyiqli magistral qaz xəttinin çəkilməsinə başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB