ABŞ rəsmisi: “Səhv bir addım münaqişənin alovlanmasına səbəb ola bilər”
"Konflikt dondurulmuş hesab edilir, amma səhv bir addım münaqişənin alovlanmasına səbəb ola bilər. Hər şey bu ssenarinin qabağını almaq üçün edilməlidir". SİA-nın "Mediamax" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ dövlət katibi müavininin köməkçisi Filip Qordon bildirib. Slovakiyanın paytaxtı Bratislavada keçirilən "Globsec" konfransında iştirak edən ABŞ rəsmisi bildirib ki, ölkəsi ATƏT-in Minsk qrupu formatı çərçivəsində Rusiya ilə əməkdaşlıq edir.
Rusiyanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməklə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini tədricən öz nəzarəti altına alması fikri ilə razı olmadığını deyən ABŞ rəsmisi bildirib ki, Rusiya coğrafi baxımdan münaqişə tərəflərinə daha yaxındır: "ABŞ hesab edir ki, Rusiyanın fəaliyyəti şəffafdır. Rusiya proses barədə digər həmsədrlər Fransa və ABŞ-ı məlumatlandırır. Bu prosesdə həmsədrlər arasında bir-birinə inam var, çünki onlar ümumi maraqların müdafiəsi mövqeyindən çıxış edirlər. Bu maraqlar Avropada hərtərəfli təhlükəsizliyin təmin olunması zərurətindən ibarətdir",
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB