Ermənistanın ali idarəetmə strukturları və nazirliklərin "aşağı bəndi" arasında bir sədd, bir narazılıq yaranıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Qraparak" qəzeti yazır.
Qəzet yazır ki, rəhbər işçilərin, ali idarəetmə strukturlarının, Paşinyana yaxın məmurların maaşlarının iki dəfə artırtırılması barədə gizli qərar, üst rəhbərliklə aşağı eşelon "arasında ciddi bir səddin əmələ gəlməsinə, narazılıqlara səbəb olub.
Məlumata görə ali idarəetmə strukturlarının, Paşinyana yaxın məmurların maaşlarının artırılması barədə xəbərlər yayıldıqdan sonra nazirliklərin "aşağı bəndi" boş-boş işlərlə məşğul olurlar. Sözsüz ki, onların incidikləri özünü biruzə verir və Paşinyan idarəetməsində ədalətsizlik olduğunu hesab edirlər. Təqribən, 300-400 dollar civarında əmək haqqı alan məmurlar özlərindən daha savadsız, fəaliyyəti olmayan nazir müavinləri və nazirlərin 2-3 min dollar maaş almasını həzm edə bilməyənlər narazıdırlar və qeyd olunan sədd, narazılıq məhz buna görə yaranıb.
Həmçinin məlumatda qeyd olunur ki, xüsusən, idarə rəhbərləri daha çox narazıdırlar və onlar maaşlar arasındakı fərqin 3-4 dəfə olmasını qəbul edə bilmirlər. Hesab edirlər ki, əgər pul ancaq onlar üçündürsə, qoy elə onlar da işləsinlər. Belə olan halda, tərəddüd etmədən söyləmək olar ki, bu ölkədə narazılıqlar hər gün artır və bundan sonra narazılıqların, fikir ayrılıqlarının daha çox olacağı günün reallığıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB