Oqtay Əsədov: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu həmişə hazır reseptlə gəlir”

Oqtay Əsədov: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu həmişə hazır reseptlə gəlir”

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun rəhbəri dəyişsə də mahiyyəti dəyişməyəcək. Mən seçkilər ərəfəsində Azərbaycana gələn institut rəhbərliyi ilə görüşdə sual etdim ki, siz hazır reseptlə gəlmisiniz, yoxsa normal müşahidə aparacaqsınız? Bildirdilər ki bizim hazır reseptimiz olmur". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov vitse-spiker Bahar Muradovanın hesabatına münasibət bildirərkən deyib. O, qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu həmişə hazır reseptlə gəlir: "AŞPA və ATƏT PA-nın qərarı qalır bir tərəfdə, 10-12 saat danışıq keçirir, sonra öz fikirlərini deyib gedirlər. Ona görə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun rəhbəri dəyişsə də mahiyyəti dəyişməyəcək".

 

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın ötən həftə başa çatmış plenar sessiyasında Azərbaycan heyətinin iştirakı və aparılmış müzakirələr barədə məlumat verib. B.Muradova görüşlərdə Avstriya parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamənin hazırlanması və qəbulu da müzakirə olunduğunu qeyd edib . Bahar Muradova sessiyada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun rəhbərinin dəyişdirilməsi təklifi ilə çıxış etdiklərini də vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə