BQXK nümayəndələri erməni əsirliyində olan Azərbaycan hərbçisinə baş çəkiblər

BQXK nümayəndələri erməni əsirliyində olan Azərbaycan hərbçisinə baş çəkiblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndəliyinin əməkdaşları erməni əsirliyində olan Azərbaycan ordusunun çavuşu Anar Hacıyeva baş çəkiblər. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, başçəkmə zamanı N. Məmmədovanın iki gün əvvəl oğluna yazdığı məktub da A. Hacıyevə verilib.

 

 Qeyd edək ki, erməni əsirliyində olan çavuş Anar Hacıyev 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb. BQXK əməkdaşları ona sonuncu dəfə ötən il dekabrın 6-da baş çəkiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə