Siyavuş Novruzov: “Matəm günlərini ümumiləşdirərək ölkədaxili bir muzey ya abidə yaratmaq lazımdır”

Siyavuş Novruzov: “Matəm günlərini ümumiləşdirərək ölkədaxili bir muzey ya abidə yaratmaq lazımdır”

Azərbaycan xalqı qısa vaxt ərzində- yanvar, fevral və mart aylarında 3 tarixi matəm gününü qeyd edir. Bu 20 yanvar faciəsi, Xocalı soyqırımı və 31 Mart soyqırımı günləridir. SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib. O, qeyd edib ki, baş verən faciələrin tanıdılması miqyası genişləndirilməlidir: "Mənə elə gəlir ki, xalqımıza və torpağımıza olan təcüvüzü nəzərə alıb bunların hamısını ümumiləşdirərək qlobal nəsə bir iş görmək lazımdır. Bu istər qonaqlar üçün, istərsə də ölkə daxili bir muzey, bir abidə ola bilər. Bu ümumiləşməlidir ki, beynəlxalq aləm üçün Ermənistanın tarixən Azərbaycana etdiyi təcavüz konkret göstərilsin. Bu həm də müxtəlif vaxtlarda azərbaycanlıların öz vətənləri uğrunda canlarından keçməsi ilə bağlı ümumiləşmiş abidə ola bilər. Yəni dünyaya daha böyük şəkildə çatdırmaq baxımından ümumiləşməlidir".

Millət vəkili eyni zamanda Qəbələ RLS barəsində də danışıb: "Qəbələ RLS-nin Rusiyanın icarəsində bitməsinə hələ bir il qalır. Bir ildən sonra əgər hər hansı bir müqavilə bağlanacaqsa, o müqavilə Milli Məclisdə təsdiq olunacaq. Ona görə də indidən narahat olmaq lazım deyil ki, kimsə ora qoşun gətirəcək, kimsə baza yaradacaq və buranı təkmilləşdirmə işini aparacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə