Kalininqradda yaşayan bir erməni Putindən “Biz-ruslarıq” proqramı üçün pul istəyib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Kalininqrad vilayətindəki ictimai fəallarla görüşündə Ümumrusiya xalq cəbhəsinin regional qərargahının üzvü Suren Manukyanın istəyi Rusiya Prezidenti Vladimir Putində bir təəccüb doğurub.
Məlumata görə, bir ictimai fəal prezidentə deyib ki, Kalininqrad vilayətində yaşayan gənclər səyahət etmək, Moskvaya, Sankt-Peterburqa və digər Rusiya şəhərlərinə getmək istəyirlər, lakin daxili istiqamətlərə səfərlər beynəlxalq reyslərdən daha çox baha olur. Suren Manukyan Putindən xahiş edib ki, gənclərə Rusiya şəhərlərini gəzməyə və təhsil almağa imkan verən "Biz Ruslarıq" regional proqramı üçün dövlət maliyyəsini artırsın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB