Rusiyalı ekspert: “ABŞ Rusiyanı Ermənistandan çıxarır”

Rusiyalı ekspert: “ABŞ Rusiyanı Ermənistandan çıxarır”

"Ermənistanın bu gün Cənub Qafqazda Rusiyanın mübahisəsiz tərəfdaşı və müttəfiqi olduğunu əmin bir şəkildə söyləmək mümkün deyil". SİA-nın "Rosbalt" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Strateji Araşdırmalar İnstitunun direktoru Leonid Reşetnikov keçirdiyi mətbuat konfransında deyib.

Ekspert bu gün ABŞ-ın Ermənistanda aktivləşməsinin təsadüf olmadığını bildirib və ABŞ-ın İrəvanda dünyanın ən böyük səfirliyini tikdiyinə diqqət çəkib. O, ABŞ Milli Kəşfiyyat İdarəsinin İrəvanda regional mərkəz yaratdığını, burada diplomat və ya administrativ-texniki işçilərin adı ilə 300-400 zabitin işlədiyini bildirib.

Ekspertə görə, ABŞ-ın məqsədi, Qafqazda Rusiyasız bir təsir sahəsi yaratmaqdır: "Bir neçə il əvvəl Ermənistan rəhbərliyində yüksək yer tutan insanlarla danışmaq imkanım oldu. Həmin söhbətlərin birində "ABŞ güclü dövlətdir, nə üçün Rusiyaya yönəlirik?" deyirdilər. Mən bir dövlət səlahiyyətlisinə "ABŞ sizə inkişaf üçün pul verməz, onlar kredit verərlər. ABŞ bununla da ölkənin yüksək rütbəli rəsmilərini satın alırlar" dedim. Rusiya Strateji Araşdırmalar İnstitutunun direktoru Rusiyanın Ermənistandakı mövqeyinin zəifləməsinin qarşıdakı 2 ildə daha aydın görünəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə