Zahid Oruc: "Artıq niyə görə şərtləri Rusiya tərəfindən diqtə olunmuş 3-cü ölkə ilə danışıq aparaq?"

Zahid Oruc: "Artıq niyə görə şərtləri Rusiya tərəfindən diqtə olunmuş 3-cü ölkə ilə danışıq aparaq?"

Bütün beynəlxalq dairələrə məlumdur ki, Azərbaycan prezidenti danışıqlara güclü mövqe ilə gedir və Azərbaycan Prezidentinin 3 mart tarixində Müdafiə Sənayesi Nazirliyinin tədbirlərinə qatılması rəmzi bir mesaj xarakteri daşıyır. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc bildirib. O, qeyd edib ki Ermənistan isə əvvəlki kimi daxildə siyasi böhran, parçalanmış diaspor şəraitində zəif mövqedən yanaşır: "Təklif edirəm ki, bu danışıqlar da nəticəsiz olacaqsa, Azərbaycan rəsmi olaraq danışıqlardan imtina etməsini gündəmə gətirsin və bundan sonra Qarabağ məsələsini Rusiya ilə aparacağını bəyan etsin".

 

Onun sözlərinə görə, faktiki bəllidir ki, Rusiya bu münaqişənin əvvəlindən rol oynayıb. Buna ötən ay Rusiya və Ermənistan prezidentlərinin baş tutan görüşü sübutdur: "Artıq niyə görə şərtləri Rusiya tərəfindən diqtə olunmuş 3-cü ölkə ilə danışıq aparaq? Bundan sonra Rusiya ilə aparacağımız danışıqları bəyan edək. Biz Rusiya ilə danışıqları aparmaqla Rusiyanın münaqişədə mövqeyini ortaya qoymuş olarıq".

Bütün xəbərlər Facebook səhifəmizdə