Lənkəranda “Ukrayna ali təhsil müəssisələri – 2011” sərgisi keçirilib
Ukrayna Respublikasının "Beynəlxalq Təhsil Mərkəzi"nin nümayəndə heyəti Lənkəran şəhərində olub. SİA-nın cənub bürosunun məlumatına görə, "Ukraynanın ali təhsil müəssisələri -2011" sərgisi çərçivəsində Lənkəranda olan Ukraynanın 9 nüfuzlu təhsil müəssisəsini təmsil edən professor-müəllim heyəti şəhərin ayrı-ayrı ümumtəhsil məktəblərində görüşlər keçirərək Ukrayna ali məktəbləri, qəbul qaydaları, təhsil şəraiti barədə geniş məlumat veriblər.
Görüşlərdə Ukrayna Təhsil və Elm Nazirliyinin təmsilçisi Aydın Novruzov, nazirliyin Beynəlxalq Tədris Mərkəzinin direktor müavini Nataliya Tuzova səfərlərinin məqsəd və məramı barədə danışaraq bildiriblər ki, Ukraynada 900-ə yaxın ali elm, tədris mərkəzi, universitetlər fəaliyyət göstərir.
Ukraynadakı ali təhsil ocaqları azərbaycanlı gənclərin burada təhsil almasında maraqlıdır. Luqansk Aqrar Universiteti, Dövlət Uçuş Akademiyası, Xarkov Radioelektronika Universiteti, Donetsk Tibb Universiteti, Odessa Politexnik Universiteti, Kiyev İnşaat və Arxitektura Universiteti, Zaporojye Tibb Universiteti və başqa ali məktəblər bakalavr və magistraturada təhsil almaqdan ötrü MDB ölkələri vətəndaşlarını dəvət edir. Görüşlər zamanı qonaqlar yuxarı sinif şagirdlərini maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, "Ukrayna ali təhsil müəssisələri - 2011" təhsil sərgisi Lənkəranla yanaşı, Bakı, Cəlilabad, Kürdəmir, Şirvan və Şəkidə təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB