Mübariz Qurbanlı: “Azərbaycanda siyasi qüvvələr arasında dialoqda problem yoxdur”
Azərbaycanda siyasi qüvvələr arasında dialoqda problem yoxdur. SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. O, YAP-ın həmin görüşün formatına və görüşdə iştirakı nəzərdə tutulan partiyaların hər hansına etirazının olmadığını bildirib: "Tədbiri ATƏT-in Bakı ofisi özü təxirə salıb, YAP tədbirdə iştiraka razılıq verib və buna hazırıq. Eyni zamanda hesab etmirəm ki, Azərbaycanda siyasi qüvvələr arasında dialoqda problem var. Partiyalar arasında dialoq daim olur. Parlamentin iclaslarında və yaxud digər toplantılarda müxtəlif formalarda daim dialoq var. Parlamentdə təmsil olunmayan partiyalarla isə müxtəlif tədbirlərdə görüşüb dialoqda oluruq. Biz onlarla danışıqlarda heç bir problem görmürük".
Mübariz Qurbanlı onu da qeyd edib ki, Milli Məclisin yaz sessiyasında "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik edilməyəcək və yeni qanun qəbul olunmayacaq: "YAP hazırda qüvvədə olan qanunu mükəmməl hesab edir. Qanun 1992-ci ildə qəbul edilən qanun deyil, həmin dövrdən sonra qanuna kifayət qədər dəyişikliklər edilib. YAP-ın bu qanunun dəyişilməsi ilə bağlı hər hansı təklifi yoxdur. Əgər digər partiyaların bu barədə təklifi olarsa, müzakirə edilib baxıla bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB