Gəncənin qaz təchizatı yenilənəcək

Gəncənin qaz təchizatı yenilənəcək

Gəncə şəhərinin qaz təchizatı yenidən qurulacaq. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib. Onun sözlərinə görə bununla bağlı artıq Azərbaycan Dövlət Neft Şirkətinin rəsmilərinə müraciət olunub. Qərara alınıb ki, Gəncə şəhərinin qaz təchizatı kompleks şəkildə dəyişdirilsin.

"Dövlət Neft Şirkətinin rəismiləri ilə bu məsələ haqqında ilkin danışıqlar apardıq. Qərara alındı ki, şəhərin qaz təchizatı bütünlüklə dəyişdirilsin. Gəncədə qaz xətləri sonuncu dəfə ötən əsrin 60-70-ci illərdə dəyişdirilib. Xətlər yeraltı çəkilib və borular istifadə müddətini başa vurub. Bu hal isə bəzən problemlərə səbəb olur, bəzi xətlərdə qaz sızmaları baş verir", E.Vəliyev deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə