ABŞ-ın regiondakı maraqlarına ən böyük zərbəni erməni lobbisi vurur
“Qondarma “erməni soyqırımı” ilə bağlı qərarın ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul edilməsi təsadüfi deyil və bu qərar, qeyri-obyektiv və ikili standartlarla müşahidə olunan bir qərar kimi qiymətləndirilməlidir”. SİA xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Səməd Seyidov deyib.
Səməd Seyidov deyib ki, Azərbaycan həmişə Türkiyənin yanındadır və siyasiləşmiş qərarların qəbul edilməsi regionda vəziyyəti daha da gərginləşdirməyə xitməd edir. O, həmçinin bildirib ki, “erməni soyqırımı” barədə qərar layihəsini Nümayəndələr Palatasına təqdim edənlər və dəstəkləyənlər “Dağlıq Qarabağın xarici işlər naziri” ilə Konqresdə görüşlər keçirib, dinləmələr təşkil edənlərdir.
“Bu məsələlər bir-biri ilə bağlıdır və bütün bunlar həm Türkiyə, eyni zamanda Azərbaycana ciddi təsir göstərən məsələlərdir. Eyni zamanda, ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi nüfuzuna bu, yəni, Konqresdə “Artsax” adı altında dinləmələrin təşkil edilməsi mənfi təsir göstərir, ciddi xələl gətirir. Azərbaycanla münasibətlərdə ABŞ özünü obyektiv tərəf kimi göstərib. Məhz Konqres tərəfindən belə addımların atılması ABŞ-ın regiondakı maraqlarına ziddir. Mən, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi Nümayəndələr Palatasında qəbul edilən qərarı pisləyirəm hesab edirəm ki, bu, erməni lobbisinin Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurmaq cəhddidir.
Həmin dinləmələrə gələn də yox idi və bu dinləmələrdə 10-15 nəfər iştirak edib. Nümayəndələr Palatasına qondarma “soyqırım” barədə layihə təqdim edənlər Konqresdə “Artsax” adı altında dinləmələrdə iştirak edənlər idi”, deyə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri diqqətə çatdırıb.
Səməd Seyidov vurğulayıb ki, Azərbaycan və ABŞ münsibətləri yüksək səviyyədədir və xatırladıb ki, Azərbaycanın enerji layihələrinə ABŞ-ın dəstəyi də göz qabağındadır.
“Konqresdə fəaliyyət göstərən ermənipərəst qüvvələr Azərbaycan və Türkiyəyə zərbə vurmağa çalışdığı zaman, ən böyük zərbəni ABŞ-ın regiondakı maraqlarına vururlar”, deyə işçi qrupun rəhbəri vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB