BSU-da növbəti ağacəkmə aksiyası keçirilib

BSU-da növbəti ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında» 15 noyabr 2018-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikasında 2019-cu ilin «Nəsimi İli» elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, ölkəmizdə silsilə tədbirlər həyata keçirilir. Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu ilin payız əkini mövsümündə respublikamızın bütün bölgələrində bir gün ərzində 650 min ağac əkilməsi planlaşdırılmışdır.
Bu təşəbbüsə qoşulan Bakı Slavyan Universiteti növbəti ağacəkmə aksiyası keçirib. Müəllim və tələbələrin, əməkdaşların fəal iştirakı ilə keçirilən aksiya zamanı universitetin həyətində və yaxın ərazilərdə çoxlu sayda ağac əkilib. Diqqətə çatdırmaq istəyirik ki, BSU-nun kollektivi tərəfindən belə aksiyaların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə