Nazirlər Kabineti bakalavr pilləsi ixtisaslarının siyahısına dəyişikliklər və əlavələr edib
Nazirlər Kabineti "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı"nın təsdiq edilməsi haqqında" qərarına dəyişikliklər və əlavələr edib. SİA-nın xəbərinə görə, dəyişikliklər və əlavələrdə qeyd edilib ki, "bakalavr pilləsi" sözləri "bakalavriat səviyyəsi" sözləri ilə əvəz edilsin. Bundan əlavə, "2. Humanitar və sosial ixtisaslar qrupu" bölməsində "Filologiya" sözündən sonra "(dil və ədəbiyyat göstərilməklə)" sözləri əlavə edilsin "8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu" bölməsində "139. 050802 Pediatriya" və "145. 050808 Tibbi biologiya" rəqəmləri və sözləri çıxarılsın, "140-144" və "146-150" rəqəmləri müvafiq olaraq "139-143" və "144-148" rəqəmləri hesab edilsin.
Bununla yanaşı, "Müalicə işi", "Hərbi həkim işi", "Tibbi profilaktika", "Stomatologiya" sözlərindən sonra "*" işarəsi və cədvəldən sonra "* Bu ixtisaslar üzrə həkim hazırlığı aparılır." cümləsi əlavə olunsun.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB