Rauf Zeyni: “Müxalifətin birləşməsi mümkün olan məsələ deyil” RƏY-ÖZƏL
"Demək olar ki, illərlə birləşə bilməyən müxalifət düşərgəsini təmsil edən partiya sədrləri bundan sonrada birləşə bilməyəcəkdir". Bunu SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.
Onun sözlərinə görə, çünki onların hər birinin şəxsi maraqları və hər birinin psixologiyaları var: "Bu baxımdan müxalifətin birləşməsi mümkün olan məsələ deyil. Yəni bu 30 il ərzində onların bir-birinə qarşı olan düşmənçilik münasibətləri və şəxsi ambisiyaları müxalifətin birləşməsinə imkan verməyibsə, bundan sonrada inandırıcı görünmür ki, adları çəkilən qüvvələr birləşsin. Bu günə qədər onlar tərəfindən bir çox birliklər yaradılıb, amma çox keçmədən yaradılan birliklər dağılıb. Yaratdıqları birliklərin dağılmasının əsas səbəbləri onların bir-irini qəbul etməməsidir. Bir sözlə, müxalifət təmsilçilərinin şəxsi maraqları onları bir araya gətirə bilmir və bundan sonrada gətirə bilməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB