“Bakıda yüksək səviyyədə keçirilmiş Qoşulmama Hərəkatının 18-ci Dövlət və hökumət başçılarının zirvə görüşünün Yekun sənədi ilə bağlı Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin 28 oktyabr 2019-cu il tarixli bəyanatı onların ümidsizliyini göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
O bildirib ki, Ermənistanın hərəkata üzv olan 120 ölkəni məsuliyyətsizlik və hörmətsizlikdə ittiham etməsi heç bir məntiqə sığımır.
Onun sözlərinə görə, BMT-yə üzv olan 295 ölkədən 120-sinin Azərbaycanın mövqeyini dəstəkləməsi ölkəmizin diplomatik gücü, Ermənistan diplomatiyasının isə iflasıdır.
Ekspert söyləyib ki, Qoşulmama Hərəkatının 18-ci Dövlət və hökumət başçılarının zirvə görüşünün Yekun sənədi Azərbaycanın mövqeyinin rəsmi sənəddə təsbiti deməkdir: “Bu, əlavə olaraq ölkəmizin arqumentlərini gücləndirəcək müxanizm olacaq”.
T. Vahabov qeyd edib ki, Qoşulmama Hərəkatının xarakterindən irəli gələrək Azərbaycan heç bir bloka qoşulmayaraq, bütün ölkələrlə bərabər hüquqlu münasibətlərə malikdir: “Ölkəmiz ikitərəfli münsaibətləri saxlamaqla öz balanslı, ardıcıl diplomatiyasını davam etdirir. Bu ölkəmizin siyasətinin ardıcıllığını sübut edən növbəti sənəddir. Yekun sənəd həm də işğalçı ölkəyə təzyiqlər etmək üçün əsas, bazadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB