Paşinyan problem barədə danışmaqdan yayınır

Paşinyan problem barədə danışmaqdan yayınır

Paşinyan Rusiya ilə müzakirə olunan mürəkkəb məsələlər barədə sualı cavablandırmaqdan boyun qaçırıb. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Rusiya Müdafiə naziri Şoyqunun Ermənistana səfər etdiyi gün, Nikol Paşinyan “Kommersant” nəşrinə müsahibə verib və müsahibədə o, bu gün Ermənistanla Rusiya arasında qazın qiymətləri ilə bağlı aparılan danışıqlardan bəhs etməyib.

Məlumatda qeyd olunur ki, Paşinyan Avrasiya İqtisadi Birliyinin iki üzvü olan dövlət kimi müttəfiq olduqları barədə danışmaqla mətləbdən yayınıb.

"Gəlin konkret rəqəmlər haqqında danışmayaq, bu rəqəm deyil, bu məzmundur", deyən Paşinyan, problem olduğunu və bu barədə danışmaq istəmədiyini etiraf edib.

Müsahibədə Paşinyan eyni zamanda, Azərbaycanın həmin qurumda müşahidəçi olmaq istədiyini bəyan etdiyi təqdirdə Ermənistanın hansı mövqe tutacağı ilə bağlı suala dəqiq cavab verməyib.

“Qoy bəyan etsin, baxarıq. Azərbaycanla münasibətlərimiz sirr deyil, buna görə də hazırda bu barədə ümumiyyətlə müzakirələr aparmaq istəmirəm”, deyən Paşinyan yenə də suala cavab verməkdən boyun qaçırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə