Ərdoğan ABŞ-ı hədələdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Nümayəndələr Palatasının Erməni Soyqırımını tanıyan bir qətnamə qəbul etməsinə reaksiya verib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Ankaranın Nümayəndələr Palatasının "Erməni soyqırımı"nı tanıma qərarını qınadığını bildirib.

“Bu addımın heç bir hüquqi qüvvəsi yoxdur. Bu məsələ ilə bağlı qərarı siyasətçilər yox, tarixçilər qəbul etməlidirlər", - deyə Rəcəb Tayyib Ərdoğan iradlarını bildirib.

Türkiyə Prezidenti əlavə edib ki, Türkiyə parlamenti ABŞ Konqresində qəbul olunan qətnaməyə cavab verəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə