Neft ucuzlaşdı

Liviyadakı nümayişlərin dünya dövlətlərinin vasitəçiliyi ilə həll olunacağı barəsində bəyanatlar ötən gün dünya bazarlarında neftin qiymətinin azalmasına təsir edib. SİA-nın məlumatına görə, ötən gün Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,32 dollar və ya 0,3 faiz azalaraq 1 barelə görə 101,91 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında isə apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,56 dollar azalaraq 114,79 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə