Liviyada Qəddafi tərəfdarları Breqa və Əjdəbiyə qəsəbələrini havadan bombalamağa davam edir. SİA-nın xəbərinə görə, nümayişçilər Liviya hava sahəsinin hərbi uçuşlara qapadılması üçün beynəlxalq birlikdən yardım istəyib. Müxalifət eyni zamanda BMT-yə Qəddafinin muzdlu əsgərlərinin havadan boçbalanmasına dair qərar vermə çağırışı edib.
Qəddafi isə xarici qüvvələrin müdaxilə edəcəyi təqdirdə Liviyanın Amerikanın ikinci Vyetnamına çevriləcəyini söyləyib. Liviya prezidenti xalqa 2-3 milyon silah paylamağa hazır olduqlarını açıqlayıb.
Venesuela prezidenti Uqo Çaves isə Liviyaya beynəlxalq heyət göndərilməsini təklif edib.
Ərəb Birliyinin baş katibi Əmr Musa Şavesin Liviyaya beynəlxalq sülhməramlı missiyanın yerləşdirilməsi təklifini digər siyasi liderlərlə müzakirə etdiyini açıqlayıb. Liviya liderinin yaxın dostu olan Çaves tərəfindən hazırlanan planın həm Qəddafi, həm də müxalifətə təqdim olunduğu bildirilib. Plan Qəddafi ilə nümayişçilər arasında vasitəçilik etməsi üçün beynəlxalq komissiyanın yaradılmasını nəzərdə tutur.
"Əl Cəzirə" televiziyası isə müxalifətin yaratdığı Milli Liviya Şurasının sədri Mustafa Cəlilin Qəddafi ilə müzakirə fikrini rədd etdiyini xəbər verib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB