"Dünya birliyi Ermənistanın bəyanatına cavab verməlidir" MÖVQE-ÖZƏL

"Dünya birliyi Ermənistanın bəyanatına cavab verməlidir" MÖVQE-ÖZƏL

“Ermənistan XİN-nin bəyanatı ilə işğalçı dövlət növbəti dəfə özünü dünya birliyinə qarşısında ifşa etmiş oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Qərbi-Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

BMT-yə üzv olan 200 dövlətin 120-sinin Qoşulmama Hərəkatında təmsil olunduğunu deyən politoloq söyləyib ki, Ermənistanın özünü bu ölkələrdə üstün tutması qəbuledilməzdir.

Onun sözlərinə görə, dünya birliyi Ermənistanın bu bəyanatına cavab verməlidir: “Ermənistanın növbəti hərəkəti, hoqqabazlığı beynəlxalq səviyyədə cavabsız qalmamalıdır”.

F. Sadıqov qeyd edib ki, Qoşulmama Hərəkatı tərəfindən də Ermənistana cavab olaraq qətnamə qəbul edilməli, bəyanat verilməli, işğalçı ölkə yerinə oturdurmalıdır: “Dünya Birliyi və ya Qoşulmama Hərəkatı əlbəttə ki, Ermənistana qarşı müharibə aparmayacaq. Lakin diplomatik səviyyədə Ermənistanı susdurmaq, özlərini düzgün aparmadıqlarını bir daha nəzərlərinə çatdırmaq lazımdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə