Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib
Gəncə şəhər İcra Hakimiyyətində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə 400-ə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsi iştirak edib.
İcra başçısı Elmar Vəliyev bu kateqoryadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək işlərdən danışıb.Bildilirib ki, hazırlanacaq yeni tədbirlər planında Qarabağ mühairbəsi şəhidlərinin ailələrinə, həmçinin vətən uğrunda əlil olan insanların problemlərinin öyrənilməsi və həlli istiqamətində xüsusi işçi qrupu yaradılıb.
Tapşırıq əsasında əhalinin şikayət və təklifləri siyahılaşdırılacaq. Vətəndaşların mənzil problemlərinin təmin edilməsinə xüsusi diqqət ayrılacaq. Artıq üç 36 mənzilli binanın bu il istifadəyə verilməsi nəzərdə tutulub. Bu isə 250-dək Qarabağ müharibəsi əlili və şəhid ailəsinin yeni mənzillə təmin olunması deməkdir. Ayrıca həyətyanı sahələr, yaşayış massivlərinin salınması istiqamətində də iş aparılır.
Hazırda boş torpaq sahələri müəyyən edilməkdədir. Elə ünvanlanan şikayətlərin əksəriyyəti mənzil problemi ilə bağlı olub. Bundan əlavə iş tapmaq istəyən Qarabağ müharibəsi əlillərinin sayı da yetərincədir.
Statistik rəqəmlərə əsasən Gəncədə 350-dən artıq Qarabağ müharibəsi əlili və 468-dən çox şəhid ailəsi var. Onlardan 57-si məcburi köçkündür. Bu illər ərzində şəhər üzrə 159 ailə fərdi mənzillərlə təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB