Milli Qəhrəmanın ailəsi üçün ikimərtəbəli yaşayış evi tikilir

Milli Qəhrəmanın ailəsi üçün ikimərtəbəli yaşayış evi tikilir

Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi üçün doğulduğu, boya-başa çatdığı Əliabad kəndində 0,28 sot ərazidə 2 mərtəbəli, ümumi sahəsi 412 kvadratmetr olan, hər mərtəbədə 4 otaqdan, 2 samuzel kabinəsindən və mətbəxdən ibarət fərdi yaşayış evi tikilir.

 

Biləsuvar rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Yaşar Əzimov SİA-nın bölgə müxbirinə bildirib ki, yaşayış evinin 25 sot ərazisində park salınacaq. Bundan başqa Milli Qəhrəmanın adını daşıyan 3600 metr uzunluğundakı küçə yenidən qurulur. Belə ki, küçədə ən müasir üslubda işıqlanma sistemi yaradılır, bardur çəkilir və yol beton asfalt örtüklə döşənir.

 

Məlumat üçün bildirək ki, Biləsuvarda şəhid ailələri və Qarabağ əlilləri üçün 16 mənzildən ibarət 2 mərtəbəli yaşayış binası və 10 fərdi yaşayış evi tikilərək başa çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə