Paşinyanın şahmat taxtasında fiqura çevrilən Tovmasyan

Paşinyanın şahmat taxtasında fiqura çevrilən Tovmasyan

Ermənistanda Köçəryanın tərəfdarının "necə" təqib edildiyi "Rusiya" efirində göstərilib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, "Rossiya 24" televiziya kanalı Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyana qarşı Ermənistan İstintaq Komitəsi tərəfindən "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddəsi ilə cinayət işi açdığı barədə reportaj yayımlayıb.

Məlumata görə, reportajı hazırlayan telekanalın jurnalisti Varvara Nevskaya vəzifə səlahiyyətlərindən sui-istifadə ilə əlaqəli olduğu iddia edilən işin hələ bir ittiham olmadığını diqqətə çatdırıb.

“Bu hələ bir ittiham deyil, istintaq şöbəsinin rəsmi nümayəndələri tərəfindən səsləndirilən bu cür məlumatlar belə bir qənaətə gəlməyə əsas verir ki, bu iş hələ uzun zaman fasiləsində davam etdiriləcək. İddia edilir ki, guya Q.Tovmasyan ədliyyə naziri olduğu dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Konstitusiya Məhkəməsinin de-fakto rəhbəri Qrayr Tovmasyan Ermənistan siyasətinin şahmat lövhəsindəki fiquruna çevrildiyi səbəbindən çox narahatdır”, deyə Rusiya telekanalının jurnalisti bildirib.

Qeyd olunur ki, Ermənistanın hazırkı hakimiyyətinin istədiyi kimi, yəni, Ermənistanın sabiq prezidenti Robert Köçəryana qarşı irəli sürülən ittihamların qanuniliyini tanımaq, təsdiqləmək əvəzinə, Qrayr Tovmasyan məsləhət və rəy üçün Venesiya Komissiyasına müraciət edib.

Reportajın müəllifi təsdiq edir ki, Qrayr Tovmasyan məsələsi həm tərəfdarları, həm də onu kənarlaşdırmağa çalışanlar tərəfindən qəbul olunan bir siyasi siyasi sifarişdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə