Rusiya XİN-in rəsmisi: "Üçtərəfli görüş münaqişənin gələcək həllini müəyyənləşdirəcək"
Soçi şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dmitri Medvedev, İlham Əliyev və Serj Sarkisyan arasında üçtərəfli görüş münaqişənin gələcək həllini müəyyənləşdirəcək. SİA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. O, eyni zamanda prezidentlərin Həştərxan və Sankt-Peterburqdakı görüşlərini xatırladıb: "Bizim qiymətləndirməmizə əsasən, bu görüşlər Azərbaycan və Ermənistanın mövqelərini yaxınlaşdırmağa və etimad mühitini möhkəmləndirməyə kömək edib".
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi eyni zamanda bildirib ki, Soçi görüşündə sammitlərarası dövrdə aparılan işi təhlil etmək, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş növbəti konkret addımları müəyyənləşdirmək imkanı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB