Azərbaycanla Türkiyənin yaxınlığı Ermənistan cəmiyyətinə həyəcan doğurur

Azərbaycanla Türkiyənin yaxınlığı Ermənistan cəmiyyətinə həyəcan doğurur

Azərbaycan və Türkiyənin Ermənistanla bağlı gündəmi ortaqdır və eynidir. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri azərbaycanşunas ekspert Angela Elibeqova "Voskanapat" analitik mərkəzinin təşkil etdiyi panel müzakirəsi zamanı deyib.

Məlumata görə, Angela Elibegova hər bir halda, Azərbaycanda daxili sabitliyə ciddi təhdid görmədiyini söyləyib. Azərbaycanşunas ekspert onu da qeyd edib ki, Suriyadakı hadisələrin qızğın vaxtında belə Ərdoğan və Çavuşoğlu Bakıya gələrək vacib mesajlar verirlər.
"Birincisi, Azərbaycan və Türkiyə bir millət, iki dövlət, olduqlarını bəyan etməklə Ermənistanla mübarizədə öz diasporalarının səylərini birləşdirir və gücləndirirlər. Digər tərəfdən, Türkiyə Suriya məsələsində qeyd-şərtsiz dəstəyinə görə Azərbaycana təşəkkür edir və Türkiyənin də Azərbaycanı dəstəklədiyini qeyd edirsə, bu o deməkdir ki, Dağlıq Qarabağla bağlı məsələdə bu iki dövlət birgə olacaq", deyə Angela Elibegova bildirib.
Ekspert, misli görünməmiş miqdarda birgə hərbi təlimlər keçirildiyini də dilə gətirib və bunun əbəs yerə olmadığını vurğulayıb.
"Azərbaycan və Türkiyənin Ermənistanla bağlı ortaq gündəliyi var. Azərbaycandakı siyasi və ekspert dairələr, Türkiyənin Suriyadakı qələbələrindən məmnun qalıb və sırada Dağlıq Qarabağ olacağına əmindirlər. Əgər, Türkiyə terrorçuların öhdəsindən gələrsə, Azərbaycan da bunu sınaqdan keçirəcək", deyə ekspert A.Elibegova xatırladıb.
Heç şübhəsiz ki, Azərbaycanla Türkiyənin yaxınlığı, birliyi və bir-birini yaxından dəstəkləməsi ermənilərin kürkünə birə salıb. Əbəs yerə deyil ki, azərbaycanşunas ekspert "Voskanapat" analitik mərkəzinin təşkil etdiyi panel müzakirəsi zamanı Ermənistan cəmiyyətinə həyəcan siqnalı verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə