Ermənilər Prezident İlham Əliyevin Valday Forumundakı qələbəsini etiraf edirlər
Ermənistan heç bir istiqamətdə adekvat xarici siyasət yürütmür. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu analitik Karen Bekaryan "Voskanapat" analitik mərkəzində "Dəyişən Yaxın Şərq və Ermənistanın təhlükəsizlik mühiti" mövzusunda müzakirələr zamanı bəyan edib.
Məlumata görə, analitik hazırda Ermənistanın heç bir şəkildə və ya hər hansı bir istiqamətdə fəliyyətinin olmadığının deyib.
"Bu vəziyyətdə Prezident İlham Əliyevin Valdai Forumunda Ermənistana etdiyi hücumu heç bir şəkildə cavablandırlmadı. Yeri gəlmişkən, Rusiya Federasiyasının prezidenti də orada idi, strateji müttəfiq kimi fikir də bildirmədi", deyə Karen Bekaryan qeyd edib. Bir sözlə, analitik Bekaryanın sözlərindən məlum olur ki, ermənilər Prezident İlham Əliyevin Valday Forumundakı qələbəsini etiraf edirlər.
Karen Bekaryan Rusiya ilə münasibətlərin getdikcə aşağı düşdüyünü və anlaşılmaz məzmunlu "siçan- pişik" oyununa çevrildiyini də diqqətə çatdırıb.
"2018-dən sonra ermənilərdə yaranan nikbin arzuları tədricən quruyur. Birləşmiş Ştatlarla da münasibətlərin yaxın olduğunu söyləmək mümkün deyil. Lidian şirkəti ilə utancverici proses, Suriyaya humanitar missiya göndərilməsi, ABŞ-ın maliyyələşdirdiyi bioloji laboratoriyalardakı vəziyyət və s. ABŞ ilə münasibətlərdə də nə dərəcədə soyuqluq yaradıb", deyə analitik bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB