Ermənistan beynəlxalq təşkilatların bəyanatlarına tuş gəlib

Ermənistan beynəlxalq təşkilatların bəyanatlarına tuş gəlib

Venesiya Komissiyası Konstitusiya Məhkəməsinin sədri ətrafındakı vəziyyətlə bağlı sərt bir açıqlama verəcək. SİA Ermənistana məxsus aysor.am saytında yayılan məlyumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Qəzet yazır ki, Konstitusiya Məhkəməsi ətrafında baş verən hadisələr və Ermənistan hakimiyyətinin təşəbbüsü ilə Qrayr Tovmasyanın istefası tələbi Ermənistanda uzun müddətdir ən çox müzakirə olunan mövzu olub. Güc mərkəzlərinin və strukturlarının baş verənlərə laqeyd qala bilməyəcəyi aydın məsələdir. Göründüyü kimi, onlar məlumatların "yığılması" ilə məşğuldurlar. Bu yaxınlarda, Avropa Xalq Partiyasının sədri Cozef Dol artıq Qrayr Tovmasyana qarşı qanunsuz hərəkətlərdən narahatlığını ifadə edərək bəyanat da verib.

Nəşrin bildirdiyinə görə, yaxın vaxtlarda Venesiya Komissiyası sərt bir bəyanat verəcək və öz rəyini bildirəcək. Qeyd olunur ki, bu məsələ ilə bağlı artıq Ermənistan hakimiyyətinə müəyyən mesajlar da göndərilib.

Məlumatda o da diqqətə çatdırılı ki, yeri gəlmişkən, Brüssel də bundan ciddi narahatdır və hadisələri yaxından izləyir. Nəşrin mənbələrinə görə, rəsmi Brüssel də bu mövzu ilə bağlı bəyanatla çıxış edəcək.

Bir sözlə, Ermənistan beynəlxalq təşkilatların bəyanatlarına tuş gəlib və hələ bundan sonra bu ölkəyə hansı bəyanatların veriləcəyindən də ermənilər ehtiyatlanırlar. Görünən odur ki, Qrayr Tovmasyan məsələsinə görə heç şübhəsiz hələ Paşinyanın və onun komandasının başı çox ağrıyacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə