Xəritədə Ermənistanın olmadığı bəyanatı ermənilərdə qıcıq doğurub
Ermənistanın qlobal istiqamətdə heç bir strategiyası yoxdur. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə ekspert, politoloq Suren Sarkisyan "Voskanapat" analitik mərkəzində "Dəyişən Yaxın Şərq və Ermənistanın təhlükəsizlik mühiti" mövzusunda müzakirələr zamanı deyib.
“Ermənistanda inkişaf etmiş bir planı olan dövlət qurumu yoxdur. Məsələn, Ermənistan ABŞ və İran arasında hərbi qarşıdurma vəziyyətində nə edəcək? 2017-ci ildən bəri milli təhlükəsizlik strategiyamız yoxdur. Bu cavan oğlanın son iki ildə nə etdiyi məlum deyil. Bu adam vacib quruluşun işini iflic edib. Məsələn, Pakistan dövlətinin Ermənistanın düşməni olub-olmadığı bəlli deyil. Pakistan elə bir ölkədir ki, xəritədə Ermənistanın olmadığı barədə bəyanat verib", deyə Suren Sarkisyan bildirib.
Görünür, xəritədə Ermənistanın olmadığı bəyanatı ermənilər arasında qıcıq doğurub. Bu politoloq Suren Sarkisyanın ifadələrində açıq-aşkar özünü biruzə verir və heç şübhəsiz ki, Pakistan tərəfindən verilən bəyanat, qeyd olunan fakt, əslində isə inkaredilməz reallıq ermənilərin ən ağrılı yeridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB