"Uzun illərdir ki, Azərbaycanda beynəlxalq səviyyəli tədbirlər keçirilir" ÖZƏL-MÖVQE

"Uzun illərdir ki, Azərbaycanda beynəlxalq səviyyəli tədbirlər keçirilir" ÖZƏL-MÖVQE

"Uzun illərdir ki, Azərbaycanda beynəlxalq səviyyəli tədbirlər keçirilir və Azərbaycan bu tədbirlərə ev sahibliyi edir". Bunu SİA-ya açıqlamasına Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, Qoşulmama Hərəkatının Zirvə Görüşü keçirildi və bu tədbirdə 120 dövlət iştirak edirdi, eləcə də, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları öz nümayəndə heyyətlərini bu tədbirə göndərmişdi və onlar bu tədbirdə iştirak edirdilər”.

Elman Məmmədov həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ problemi və Ermənistanın işğalçılıq siyasəti ilə bütün məsələləri geniş şəkildə bəyan etdi: "Bu tədbir iştirakçılarının hamısının imzaladığı sənəddə Azərbaycanın işğala məruz qaldığı, Azərbaycanın haqq-ədalət tərəfdarı və ərazilərinin işğal altında olduğu bu sənədlərdə öz əksini tapdı. Beynəlxalq təşkilatların hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ərazi bütövlüyünün təmin olunması istiqamətində öz töhvələrini verməyə hazırdırlar. Bu tədbir beynəlxalq aləmdə sülhün qorunması üçün aparılan mübarizəyə böyük töhfədir. Qoşulmama təşkilatında iştirak edən bütün dövlətlər bəyan etdilər ki, biz sizin ərazi bütövlüyünüzü tanıyırıq və buna dəstək veririk. Bu da əsas verir ki, Azərbaycan ərzilərini işğaldan azad etsin, ərazi bütövlüyünü təmin etmək üçün öz ərazilərini bərpa etsin".

Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə