Ermənistanda bomba xəbəri: otel boşaldıldı

Ermənistanda bomba xəbəri: otel boşaldıldı

Oktyabrın 29-da səhər saatlarında Ermənistan Fövqəladə Hallar Nazirliyinin təcili yardım xidmətinə İrəvanda, Respublika meydanının yaxınlığındakı Hyatt Place Otelində bomba yerləşdirilməsi barədə zəng olunaraq məlumat verilib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə yerinə yanğınsöndürmə və xilasetmə qrupu, həkimlər və minaaxtaranlar cəlb edilib və otel binası təxliyə edilib.
Yoxlamanın nəticələrinə görə binada partlayıcı qurğu aşkar edilməyib və İrəvanda yerləşən oteldə bomba xəbəri nəticədə yalan çıxıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə